...

Çempionlar Liqası: “Barselona” və “Atletiko” qalib gəlib

İdman Materials 11 Aprel 2024 01:09 (UTC +04:00)
Çempionlar Liqası: “Barselona” və “Atletiko” qalib gəlib

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, iki qarşılaşmadan biri Fransa, digəri İspaniyada keçirilib.

“Barselona” Paris səfərində PSJ-ni məğlub edib. Məhsuldar keçən qarşılaşma 3:2 hesabı ilə başa çatıb. Rafinya dubl edərək, qələbənin qazanılmasında böyük rol oynayıb.

“Atletiko” isə Madriddə Dortmund “Borussiya”sından güclü olub. 2:1 hesabı ilə qalib gələn madridlilər Almaniyaya üstün yollanacaqlar.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları aprelin 16-17-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
10 aprel

23:00. PSJ – “Barselona” - 2:3
Qollar:
Dembele, 48. Vitinya, 52 - Rafinya, 37; 62. Kristensen, 77
23:00. “Atletiko” – “Borussiya” D - 2:1
Qollar:
De Paul, 4. Lino, 32 - Haller, 81

Xəbər lenti

Xəbər lenti