...

"Fənərbağça"nın Super Kubok matçı ilə bağlı cəzaları açıqlanıb

İdman Materials 11 Aprel 2024 19:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbağça" futbol klubu Türkiyə Superkubokunda texniki məğlubiyyət verilib (3:0) və 4 milyon türk lirə məbləğində cərimə edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurasının qərarında bildirilib.

Məlumata əsasən, həmçinin “Qalatasaray” klubu azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə ümumilikdə 212 min türk lirası məbləğində cərimələnib.

Qərarda bildirilib ki, "Fənərbağça"nın oyunçularının meydandan çıxaran Ahmet Ketenciyə 60 günlük stadionlara buraxılmama cəzası verilib və o, 520 min türk lirası dəyərində cərimə edilib.

Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti