...

Konfrans Liqası: "Aston Villa" "Lill"ə, "Brügge" PAOK-a qalib gəlib

İdman Materials 12 Aprel 2024 02:16 (UTC +04:00)
Konfrans Liqası: "Aston Villa" "Lill"ə, "Brügge" PAOK-a qalib gəlib

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Trend-in məlumatına görə, saat 23:00-da start götürən iki matçda İngiltərənin "Aston Villa" komandası doğma meydanda Fransa təmsilçisi "Lill"ə 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə Belçika "Brügge"si evdə Yunanıstanın PAOK kollektivini 1:0 hesabı ilə məğlub edib.

Günün ilk oyunlarında "Olimpiakos" "Fənərbağça"dan 3:2 hesabı ilə üstün olub. Eyni saatda "Viktoriya Plzen" "Fiorentina" ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti