...

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib

İdman Materials 18 Aprel 2024 21:55 (UTC +04:00)
Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasında bildiriblər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə, Nazənin Teymurova isə dayaqlı tullanmada Dünya Kubokunun finalına yüksəlib.

Qeyd edək ki, aprelin 17-dən 20-dək Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir.

Xəbər lenti

Xəbər lenti