...

Bədii gimnastika üzrə Dünya Kubokunda finalçılar müəyyənləşib.

İdman Materials 20 Aprel 2024 21:25 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunda finalçılar müəyyənləşib.
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günündə fərdi proqramda çıxış edən idmançılar arasında finalçılar müəyyənləşib.

Trend xəbər verir ki, finalçılar gürz və lentlə hərəkətlər proqramında müəyyənləşib.

Gürzlərlə hərəkətlər proqramında Elvira Krasnobayeva (Bolqarıstan, 34.850 xal), Darya Varfolomeyev (Almaniya, 34.750 xal), Taisiya Onofriyçuk (Ukrayna, 33.400 xal), Sofiya Raffaeli (İtaliya, 32.950 xal), Marqarita Kolosov (Almaniya, 32,650 xal), Alba Bautista (İspaniya, 32,450 xal), Tzılu Van (Çin, 32,400 xal) və Aybota Ertaykızı (Qazaxıstan, 31,750 xal) Dünya Kobukunun finalına yüksəliblər.

Lentlə hərəkətlər proqramında Darya Varfolomeyev (Almaniya, 32,200 xal), Taisiya Onofriyçuk (Ukrayna, 31,850 xal), Eva Brezəliyeva (Bolqarıstan, 31,350 xal), Alina Qarnasko (neytral status, 30,900 xal), Zöhrə Ağamirova (Azərbaycan, 30,650 xal), Emiliya Hayhel (Polşa, 30,500 xal), Elvira Krasnobayeva (Bolqarıstan, 30,350 xal) və Natalya Usova (Özbəkistan, 30,300 xal) Dünya Kubokunun finalına yüksəliblər.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Xəbər lenti

Xəbər lenti