...

Eltac hindistanlı rəqibini mat edib

İdman Materials 16 May 2024 05:39 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyində keçirilən Şarjah Master şahmat turnirində 2-ci tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Eltac Səfərli turu qələbə ilə başa vurub. O, hindistanlı həmkarı Samant Adityanı mat edib. Teymur Rəcəbov və Aydın Süleymanlı yarım xala razı olublar. Məhəmməd Muradlı turu xalsız başa vurub.

Qeyd edək ki, 2 turdan sonra şahmatçılarımızın hesabında 1 xal var.

Şarjah Masters, II tur
Məhəmməd Muradlı – Çitambaram Aravind (Hindistan) – 0:1
Teymur Rəcəbov – Şamsaddin Vohidov (Özbəkistan) – 0,5:0,5
Aydın Süleymanlı – Feliks Bolmerger (Avstriya) – 0,5:0,5
Eltac Səfərli – Samant Aditya (Hindistan) – 1:0

Xəbər lenti

Xəbər lenti