...

“Bavariya”nin yeni baş məşqçisi məlum olub

İdman Materials 25 May 2024 20:02 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın “Bavariya” klubunu yeni mövsümdən kimin çalışdıracağı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin yeni baş məşqçisi Vinsent Kompani olacaq.

O, Bundesliqa klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. “Bavariya” bu təyinat üçün Kompaninin çalışdırdığı “Bernli”yə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına Pep Qvardiolanın köməkçisi kimi başlayan belçikalı “Anderlext” və “Bernli” klublarını çalışdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti