...

Getməyə daha yaxınam, nəinki qalmağa - Qvardiola

İdman Materials 11 İyun 2024 05:59 (UTC +04:00)

Bakı. Trend:

Xosep Qvardiola “Mançester Siti”ni tərk edə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsümün sonunda qərar verəcək.

O, hazırki vəziyyətdə getməyə daha yaxın olduğunu etiraf edib: “Reallıq elədir, indi getməyə daha yaxınam, nəinki qalmağa. Buradayam və gələn mövsüm gedişində klub rəhbərliyi ilə müzakirə olacaq. Baxarıq”.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, 8 ildə komandaya 16 titul qazandırıb.

Xəbər lenti

Xəbər lenti