...

Macarıstanda ikinci sınaq

İdman Materials 11 İyun 2024 09:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan

Baş hakim: Bence Csonka (Macarıstan)
Sombatxey. “Haladas SportKomplexum”

Xəbər lenti

Xəbər lenti