...

Qattuzo “Hayduk”u çalışdıracaq

İdman Materials 13 İyun 2024 03:01 (UTC +04:00)

Bakı. Trend:

Cennaro Qattuzo “Hayduk”un baş məşqçisi təyin olunub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Split klubu məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Qattuzo növbəti həftə “Hayduk”un stadionunda idman ictimaiyyətinə təqdim olunacaq. Onun qarşısında Xorvatiya çempionu titulunu qazanmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, Qattuzo məşqçilik karyerası ərzində “Milan”, “Napoli”, “Valensiya” və “Marsel”ə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti