...

Təmsilçilərimiz Avropa çempionatında yarışacaq

İdman Materials 9 İyul 2024 20:48 (UTC +04:00)

Bakı. Trend:

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar və oğlanlardan ibarət komandalarımız Avropa çempionatında iştirak edəcəklər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarış sabah Gürcüstanın Kaçreti şəhərində start götürəcək.

Çempionatda ölkəmizi bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası təmsil edəcək. Ooğlanlar mübarizəyə əsas mərhələdən, qızları isə təsnifat mərhələsindən qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti