...

Millimizin hücumçusu Fransada klubunu dəyişib

İdman Materials 16 İyul 2024 14:02 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Baydyukun yeni klubu bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hücumçumuz Fransa karyerasını davam etdirəcək.

O, bu ölkənin bir klubunu digərinə dəyişib. Ötən mövsümü “Orlean”da keçirən hücumçu "Voleybol Romans" ilə müqavilə imzalayıb.

Bu, Baydyukun karyerasında yeddinci klub olacaq. Bundan əvvəl o, Azərbaycan, Macarıstan və Polşa çempionatlarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti