Bakı. Trend:
Avstraliyalı pilot Oskar Piastri (McLaren) Formula 1 üzrə Macarıstan Qran Prisinib qalibi oldu. Bu, onun karyerasında ilk qələbəsidir.
Trend-in məlumatına görə, onun komanda yoldaşı Lando Norris ikinci olub.
Bu, "McLaren"in 2021-ci ildən bəri ilk dubludur. Həmin vaxtda İtaliya Qran Prisinin nəticələrinə görə Daniel Rikkardo qalib, Norris isə ikinci olub.
Lyuis Həmilton (Mercedes) üçüncü olub, bu, onun karyerasında 200-cü podiumdur.