...

Paris-2024: Snayperimiz 10 m məsafədə 24-cü olub

İdman Materials 27 İyul 2024 14:57 (UTC +04:00)
Paris-2024: Snayperimiz 10 m məsafədə 24-cü olub

Bakı. Trend:

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışlarına start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığmasının snayperi Ruslan Lunyov da mübarizəyə qoşulub.

Təmsilçimiz pnevmatik tapança ilə 10 m məsafədən atəş açıb. 571 xal toplayan Lunyov mərhələni 24-cü yerdə tamamlayıb.

O, sabah mükafatlar uğrunda yarışacaq “səkkizliy”ə düşə bilməyib. Bu növdə mübarizəni dayandıran Ruslan 25 m məsafədən atəşaçmada da dəqiqliyini sınayacaq.

Qeyd edək ki, bu proqramda final mərhələsi sabah Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti