...

Avropa çempionatı: Azərbaycan voleybol millisi Avstriya seçməsinə məğlub olub

İdman Materials 18 Avqust 2024 02:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Trend xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Avstriya yığmasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandasının təsnifat mərhələsindəki növbəti oyunu avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti