Bakı. Trend:
Şahmatçımız Riad Səmədov Dortmundda çıxışını davam etdirir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Sparkassen Chess Trophy" festivalının səkkizinci turunda Riad Səmədov Mixal Fedoreklə heç-heçə edib. R.Səmədov üçün bu, üç qələbə və bir məğlubiyyətlə dördüncü heç-heçədir.
O, 5 xal toplayaraq 41-ci yerdə qərarlaşıb, Anton Korobov (Ukrayna) isə 6,5 xalla liderdir.