Paris-2024: Atletlər kəndində Azərbaycan paralimpiyaçıları ilə görüş keçirilib

İdman Materials 28 Avqust 2024 17:27 (UTC +04:00)
Paris-2024: Atletlər kəndində Azərbaycan paralimpiyaçıları ilə görüş keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi rəsmiləri Paris-2024 Yay Paralimpiya Oyunlarda iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Atletlər kəndində baş tutan görüşdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən, paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Daha sonra Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılarımıza uğurlar arzulanıb.

Onların yarışda parlaq qələbələrə imza atmaq əzmində olduqları bildirilib.

Xəbər lenti

Xəbər lenti