...

“Gəncə” voleybol klubunda yeni əcnəbi

İdman Materials 2 Sentyabr 2024 18:59 (UTC +04:00)
“Gəncə” voleybol klubunda yeni əcnəbi

Bakı. Trend:

Azərbaycanın “Gəncə” voleybol klubu yeni əcnəbi ilə güclənib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Tailand millisinin blokçusu Bunlert Tiçak komandaya yeni qoşulub.

O, ötən mövsümü öz ölkəsində “Diamond Food Fine Chief”də oynayıb. Voleybolçu üçün bu, karyerasında ilk xarici təcrübə olacaq.

“Gəncə” blok mövqeyində təkcə Tiçakla möhkəmlənməyib. Daha əvvəl komandaya rusiyalı Anastasiya Atepalina da qoşulub.

Qeyd edək ki, “Gəncə” daha əvvəl üç azərbaycanlı voleybolçunun transferini həyata keçirib. “Murov Az Terminal”dan Əminə Ramazanova, “Azərreyl”dən isə Xanım Cəlilova ilə Asiya Abuyeva klubun heyətində yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti