...

“Abşeron” legioner voleybolçu ilə güclənib

İdman Materials 10 Sentyabr 2024 13:00 (UTC +04:00)
“Abşeron” legioner voleybolçu ilə güclənib

Bakı. Trend:

“Abşeron” voleybol klubu transfer bazarında fəallığını davam etdirir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısının macarıstanlı Mariya Çiliçi heyətinə qatıb.

Çiliç ötən mövsümü vətənində "Fatum" klubunda keçirib.

Qeyd edək ki, “Abşeron” bundan əvvəl Azərbaycan millisinin iki voleybolçusu, hücumçu Nikalina Başnakova və blokçu Anastasiya Mertsalova ilə müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti