...

“Gəncə”də ayrılıq

İdman Materials 16 Sentyabr 2024 19:00 (UTC +04:00)

Bakı. Trend:

“Gəncə” voleybol klubu legioneri ilə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, barbadoslu hücumçu Şonte Seal bölgə klubunun düşərgəsini tərk edib.

O, karyerasını Albaniyada davam etdirəcək və burada “Poqradeçi”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, bu Sealın karyerasına başladığı ABŞ-dən kənarda ikinci klubu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti