Bakı. Trend:
"Kəpəz" heyətini daha bir legionerlə gücləndirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba Gəncə klubunun şərəfini qoruyacaq.
25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb.
Qeyd edək ki, Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.