Bakı. Trend:
Erik Ten Haq "Mançester Yunayted"in düşərgəsini tərk edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 2 həftəlik məzuniyyət götürüb.
54 yaşlı məşqçi yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə etmək qərarına gəlib. Məzuniyyətdən qabaq Ten Haqın klub rəhbərliyi ilə görüşündə gələcəyi ilə bağlı hər hansı təhlükə olmadığı bəlli olub.
Qeyd edək ki, mövsümə uğursuz start götürən "Mançester Yunayted" 7 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.