Bakı. Trend:
Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması yarışda 4 medal qazanıb.
Zelim Tçkayev (81 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fətiyevlə (90 kq) Açelya Toprak (57kq) isə bürüncə sahib çıxıb. Bu nəticə ilə ölkəmiz medal sıralamasında 5-ci pillədə yer alıb.
Niderland (2-3-3) 1-ci, Fransa (2-3-2) 2-ci yeri tutb. Almaniya və BƏƏ qazanılan 2 qızıl medalla 3-4-cü yerləri bölüşdürüblər.
Qeyd edək ki, mövsümün sonra "Böyük Dəbilqə" dekabrın 7-8-da Tokioda olacaq.
xxx
19:54
Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxıb.
90 kq
Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka
Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani
Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper
Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə
qazanan Fətiyev medal şansını qaçırmayıb.
Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.
+100 kq
İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O,
Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti
rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa
vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə
(Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN)
ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb və cüdoçumuz
bürünclə kifayətlənib.
İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, "Böyük Dəbilqə" ilə erkən vidalaşıb.
Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57kq) isə bürünc medal qazanıb.
xxx
18:05
Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
90 kq
Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka
Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani
Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper
Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə
qazanan Fətiyev medal şansını qaçırmayıb.
Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.
+100 kq
İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O,
Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti
rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa
vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə
(Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN)
ilə qarşılaşacaq.
İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, "Böyük Dəbilqə" ilə erkən vidalaşıb.
Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57kq) isə bürünc medal qazanıb.
xxx
13:39
Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
90 kq
Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka
Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani
Ferreyra (Braziliya) qarşılaşacaq.
Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.
+100 kq
İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O,
Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti
rəqibi serbiyalı İqor Vrançar olacaq.