Bakı. Trend:
Noyabrın 9-10-da Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
Trend xəbər verir ki, Azərbaycan yığması turniri iki medalla başa vurub.
Yarışın ikinci günündə Canpolad Əliyev (90 kq) bürünc medal qazanaraq fəxri kürsüdə yer alıb.
Avropa kubokunun ilk günündə isə Bayram Orucov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı iştirak edib.