Bakı. Trend:
"Barselona"nın kapitanı Frenki de Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Express" məlumat yayıb.
Mənbəyə görə, "Liverpul" 27 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır. Bundan əlavə, onunla "Mançester Yunayted" də maraqlanır.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya klubunun heyətində 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.