...

Misli Premyer Liqasında XXIII tura start verildi (ƏLAVƏ EDİLİB)

İdman Materials 15 Fevral 2025 22:05 (UTC +04:00)
Misli Premyer Liqasında XXIII tura start verildi (ƏLAVƏ EDİLİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXIII turuna start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə yalnız bir matç baş tutub.

Yeganə qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Uğursuzluq zolağında olan "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüşdə qonaq komanda üstün olub və 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura fevralın 17-də yekun vurulacaq.

xxx

09:25

Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.

Trend xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək.

Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.

Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 7 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin üstünlüyü var. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” - “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16 fevral

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”

19:00. “Neftçi” - “Qarabağ”

17 fevral

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Cesse Sekidika ("Sabah") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Məqalədə:
Xəbər lenti

Xəbər lenti