Bakı. Trend:
Almaniya Bundesliqasında 23-cü tur başa çatıb.
Trend-in məlumatına görə, turun ilk oyununda "Leypsiq" autsayderlər sırasında yer alan "Haydenhaym"la heç-heçə edib – 2:2.
Lider "Bavariya" üçüncü pillədəki "Ayntraxt"ı darmadağın edərək 4:0 hesablı qələbə qazanıb.
"Hoffenhaym" və "Ştutqart" isə hərəyə bir qol vuraraq xalları bölüşüblər – 1:1.