...

Lyuis Həmilton Şanxayda sprint üzrə təsnifat mərhələsində qalib gəldi

İdman Materials 21 Mart 2025 19:31 (UTC +04:00)
Lyuis Həmilton Şanxayda sprint üzrə təsnifat mərhələsində qalib gəldi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeddiqat Formula 1 çempionu Lyuis Həmilton Şanxayda keçirilən sprint üzrə təsnifat mərhələsində birinci yeri tutub.

Trend-in məlumatına görə, Red Bull komandasının pilotu Maks Ferstappen ikinci, McLaren-in sürücüsü Oskar Piastri isə üçüncü olub.

Həlledici seqmentdə Həmilton 1:30,849 dəqiqəlik dövrə vaxtı ilə trasın yeni rekordunu müəyyənləşdirib. O, Ferstappeni 0,018 saniyə, Piastrini isə 0,080 saniyə qabaqlayıb. Ferrari sürücüsü Şarl Lekler komanda yoldaşından 0,208 saniyə geri qalaraq dördüncü, Corc Rassel beşinci, Lando Norris isə altıncı yeri tutub.

Həmilton karyerasında ikinci dəfə sprint üzrə təsnifatı qazanıb.

Sabahkı yarışda Maks Ferstappen onunla ilk sıradan start alacaq, Piastri və Lekler ikinci cərgədə, Rassel və Norris isə üçüncü cərgədə yer alacaqlar.

Xəbər lenti

Xəbər lenti