...

Portuqaliyalı hücumçu İvan Martins yol qəzasında dünyasını dəyişdi

İdman Materials 22 Mart 2025 03:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın "Oliveyrense" klubunun 19 yaşlı hücumçusu İvan Martins yol qəzası nəticəsində həyatını itirib.

Trend xəbər verir ki, Martins Qondomar qəsəbəsindəki Kovelo tunelinin yaxınlığında sürüşən avtomobili idarə edirdi.

Hadisə səhər saat 8:00-da baş verib və dərhal təcili yardım briqadası hadisə yerinə gəlib, lakin gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Martins 2024-cü ildən Portuqaliya çempionatının ikinci güclü divizionunda çıxış edən "Oliveyrense" klubunun üzvü idi. O, əvvəllər İsveçrənin “Yanq Boyz” klubunun gənc oyunçusu olub.

Xəbər lenti

Xəbər lenti