Bakı. Trend:
Keçmiş UFC çempionu Konor Makqreqor 2023-cü ilin noyabrında miqrantlarla bağlı şərhlərinə görə 7 ilə qədər həbs cəzası ala bilər.
Trend-in məlumatına görə, bu barədə "Irish Independent" qəzeti xəbər verib.
Məlumata əsasən, İrlandiyanın Dövlət Prokurorluğu direktoru K.Makqreqorun "X" sosial şəbəkəsindəki 2023-cü ilin noyabrında Dublin iğtişaşlarından bir gün əvvəl dərc edilmiş paylaşımlarını araşdırıb. Hakimiyyət orqanların fikrincə, döyüşçünün nəşrlərində yer alan miqrantlarla bağlı ifadələr nifrətin qızışmasına səbəb ola və mitinqlərin yayılmasına şərait yarada bilər.
Etirazlar təxminən 20 il əvvəl İrlandiyaya gələn 50 yaşlarında bir kişinin Dublindəki katolik məktəbinin qarşısında 3 uşaq və bir qadına bıçaqla hücum etməsindən sonra başlayıb.