...

Polşada avarçəkmə üzrə Avropa birinciliyi keçiriləcək

İdman Materials 23 May 2025 05:05 (UTC +04:00)
Polşada avarçəkmə üzrə Avropa birinciliyi keçiriləcək

Bakı. Trend:

Mayın 24-25-də Polşanın Kruşvisa şəhərində akademik avarçəkmə üzrə 19 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.

Trend xəbər verir ki, 27 ölkənin iştirak edəcəyi yarışda 4 idmançımız mübarizə aparacaq.

Heyəti Azər İlyasov, Tunar Məmmədzadə, Məhəmməd Əlizadə və Cahangir Məmmədlidən ibarət yığmamız 4 nəfərlik akademik avarçəkmə qayığında qitə birinciliyinə qatılacaq.

Xəbər lenti

Xəbər lenti