...

Ağdaşda itkin düşən qadının meyiti Göyçayda kanaldan tapıldı

Hadisə Materials 22 May 2025 18:20 (UTC +04:00)
Ağdaşda itkin düşən qadının meyiti Göyçayda kanaldan tapıldı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Göyçay. Trend:

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyiti 13 gün sonra Göyçay rayonundan tapılıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Əkbərova yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovamın meyitini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti