...

Naxçıvanda yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub - "Azərişıq"

İqtisadiyyat Materials 22 May 2025 15:40 (UTC +04:00)
Naxçıvanda yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub - "Azərişıq"
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Naxçıvan yaşıl enerji zonası elan olunub. Orada yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

O qeyd edib ki, Azərbaycanın qonşu ölkələrdən "yaşıl enerji" sahəsində əməkdaşlığa dair daha çox təklif alacağı gözlənilir.

Onun sözləri görə, Azərbaycan regionun həm "yaşıl enerji" mənbələrinin sayı, həm də enerji dayanıqlılığı baxımından lider ölkəsidir:

"Gələcəkdə gözlənilən enerji defisitinin qarşısının alınması üçün region dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan yaşıl enerji zonası elan olunub. Orada yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub.

Avropaya yaşıl enerjinin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu mənada iranlı həmkarlarımızın Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti