...

Azərbaycan ilə BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 22 May 2025 06:24 (UTC +04:00)
Azərbaycan ilə BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında mayın 21-də telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti