Əlcəzair. Trend:
Özbəkistan və İslam İnkişaf Bankı Əlcəzairdə IsDB-in İllik Toplantıları çərçivəsində görüşün protokolunu imzalayıblar.
Trend-in xüsusi müxbiri xəbər verir ki, sənədi Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru, eyni zamanda İslam İnkişaf Bankında Özbəkistandan olan alternativ menecer olan Şuxrat Vafayev və IsDB Qrupunun sədri Məhəmməd əl-Casser imzalayıblar.
İclasın protokolları giriş xarakteri daşıyır və İslam İnkişaf Bankının Uşaq Onkologiyası, Hematologiyası və İmmunologiyası üzrə Elmi-Praktik Tibb Mərkəzinin yaradılması Proqramının maliyyələşdirilməsində mümkün iştirakının müzakirəsinə yönəlib.