...

Özbəkistan Prezidenti Bakı sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasını təklif edib

Siyasət Materials 21 May 2025 14:57 (UTC +04:00)
Özbəkistan Prezidenti Bakı sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasını təklif edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Özbəkistan qarşıdan gələn Türk Dövlətləri Təşkilatının (TDT) Bakı Sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında sazişin imzalanmasını təklif edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, belə bir təkliflə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev TDT-nin dövlət başçıları şurasının Budapeştdə keçirilən zirvə toplnatısında çıxış edib.

Özbəkistanlı dövlət başçısı qeyd edib ki, qısa müddət ərzində təşkilat çərçivəsində üzv ölkələr praktik və səmərəli nəticələr əldə ediblər.

“Bu yaxınlarda Daşkənddə keçirilən iqtisadi beyin mərkəzlərinin forumu bir daha əməkdaşlığımızın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu təsdiqlədi,” – deyə Şavkat Mirziyoyev vurğulayıb.

Onun sözlərinə görə, Özbəkistan tərəfindən irəli sürülmüş bu saziş mövcud şəraitdə xüsusi aktuallıq kəsb edir.

“Şübhəsiz, bu sənəd xalqlarımızın yaxınlaşması üçün əsas olacaq və çoxtərəfli əməkdaşlıq üçün uzunmüddətli hüquqi baza yaradacaq,” – deyə o bildirib.

Özbəkistan Prezidenti sazişin Bakıda bağlanmasının türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım olacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti