Bakı. Trend:
Bu gün İran parlamenti İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini təsdiqləyib.
Bu barədə Trend İran parlamentinə istinadən məlumat verib.
Məlumata görə, bu gün parlamentin plenar iclasında sözügedən saziş araşdırılıb və səsverməyə çıxarılıb. Səsvermə 191 lehinə, 8 əleyhinə və 3 bitərəf səslə başa çatıb.
Qeyd edək ki, 17 yanvar 2024 tarixində Moskvada İran və Rusiya prezidentləri tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişdə ticarət və iqtisadiyyatdan əlavə innovasiya texnologiyaları, dincməqsədli nüvə enerjisi, informasiya və kiber təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizi və ətraf mühit üzrə əməkdaşlıq və s. nəzərdə tutulur.