Bakı. Trend:
Əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə “Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilib.
Qeyd edilib ki, qanun layihəsi müvafiq qurumlara razılaşdırılmaq üçün göndərilmə mərhələsindədir.