Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi bəlli olacaq.
Trend-in məlumatına görə, final görüşündə İngiltərənin iki təmsilçisi – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşacaq. Həlledici oyun İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Zoyer olacaq.
Final iştirakçılarından “Tottenhem” bu turnirdə iki dəfə (1971/1972 və 1983/1984 mövsümlərində), “Mançester Yunayted” isə bir dəfə (2016/2017) çempionluq sevinci yaşayıb. Turnirin ən titullu komandası isə 7 dəfə qalib olan İspaniya klubu “Sevilya”dır.
UEFA Avropa Liqasının tarixində ən çox qol vuran futbolçu isə 40 qolla İsveç millisinin sabiq oyunçusu Henrik Larsen olub.
Qeyd edək ki, ötən mövsümün qalibi İtaliya təmsilçisi “Atalanta” komandasıdır.