Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müdafiə naziri Pit Heqsetlə birlikdə “Qızıl Qübbə” adlı nəhəng raketdən müdafiə sistemi qurmaq planlarını açıqlayıb.
Trend-in məlumatına görə, Tramp layihənin ümumi dəyərinin 175 milyard dollar təşkil edəcəyini bildirib.
Onun sözlərinə görə, bu sistem ABŞ-ın mövcud müdafiə imkanlarına inteqrasiya olunacaq və onun prezidentlik müddətinin sonuna qədər tam işlək vəziyyətə gətiriləcək.
"Beləliklə, biz bunu təxminən üç il ərzində yerinə yetirəcəyik. Tamamilə tikildikdən sonra 'Qızıl Qübbə' dünyanın müxtəlif yerlərindən, hətta kosmosdan buraxıla biləcək raketləri zərərsizləşdirmək gücündə olacaq. Biz Prezident Reyqanın 40 il əvvəl başladığı işi tamamlayacağıq və Amerika üçün raket təhlükəsini birdəfəlik aradan qaldıracağıq", – deyə Tramp əlavə edib.