...

Prezident İlham Əliyev: Macarıstan şirkəti Azərbaycanda quruda qaz yataqlarının işlənməsində iştirak edəcək

Siyasət Materials 20 May 2025 15:21 (UTC +04:00)
Prezident İlham Əliyev: Macarıstan şirkəti Azərbaycanda quruda qaz yataqlarının işlənməsində iştirak edəcək
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.

“Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti