Bakı. Trend:
İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna karyerasını bitirdiyini açıqlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 42 yaşlı qolkiper özü məlumat verib.
P.Reyna növbəti mövsüm İspaniyanın “Vilyarreal” klubunun akademiyasında məşqçi kimi fəlaiyyət göstərəcək.
Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Pepe Reyna karyerası ərzində İtaliyada "Napoli", "Milan", "Latsio", ölkəsində “Barselona”, “Vilyarreal”, Almaniyada “Bavariya” və İngiltərədə “Liverpul” kimi tanınmış komandalarda çıxış edib.