...

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 20 May 2025 14:30 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti