...

İslam Ticarət və İnkişaf Palatası Azərbaycanın özəl sektorunu sukukların emissiyasında dəstəkləməyə hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 20 May 2025 20:00 (UTC +04:00)
İslam Ticarət və İnkişaf Palatası Azərbaycanın özəl sektorunu sukukların emissiyasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam Ticarət və İnkişaf Palatası (ICCD) Azərbaycanın özəl sektoruna İslam sukuk istiqrazlarının buraxılışında dəstək verə bilər.

Bunu Trend-ə özəl müsahibəsində İslam İnkişaf Bankı Qrupunun Əlcəzairdə keçirilən illik toplantıları çərçivəsində İslam Ticarət və İnkişaf Palatasının nəzdində yaradılmış İslam Palata Holdinq Şirkətinin (ICCIA Holdinq) baş direktoru Mohamad İbrahim deyib.

"Biz Azərbaycanda özəl sektora sukuk istiqrazlarının buraxılışında dəstək ola bilərik. Bizim dərin biliyimiz və yüksək ixtisaslı komandamız həm Azərbaycanın özəl sektoru, həm də digər İƏT-ə üzv ölkələr üçün lazım olan hər şeyi təmin etməyə hazırdır", - o qeyd edib.

M.İbrahimin fikrincə, İslam maliyyəsi likvidlik ehtiyaclarını şəriətə uyğun şəkildə ödəmək üçün düzgün yanaşmadır.

"Biz İslam Ticarət və İnkişaf Palatası olaraq özəl sektorun ehtiyaclarına cavab verən şəriətə uyğun maliyyə həlləri təqdim etmək üçün İslam maliyyə institutları ilə əməkdaşlıq edirik. Bu, bizə İslam bankları vasitəsilə və İslam prinsiplərinə uyğun olaraq düzgün maliyyə alətlərini tapmağa imkan verir", - o vurğulayıb.

O, Misirdə İslam sövdələşməsinin uğurla həyata keçirilməsini də nümunə göstərib.

"Biz artıq Misirdə tanınmış İslam maliyyə institutu olan "Al Baraka Bank" və özəl sektorun nümayəndələri ilə birgə uğurlu layihə həyata keçirmişik. Söhbət ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsinə kömək edəcək 2 milyon dollara qədər olan sövdələşmədən gedir: ənənəvi ictimai nəqliyyat biletlərindən əvvəlcədən ödənişli nəqliyyat kartlarından istifadəyə keçid", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti