...

Fransada taksi sürücülərinin etirazları ikinci gündür davam edir

Dünya xəbərləri Materials 20 May 2025 23:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada taksi sürücüləri tibbi nəqliyyat tariflərinə planlaşdırılan dəyişikliklərə etiraz olaraq artıq ikinci gündür ki, bir neçə şəhərdə nəqliyyatın hərəkətinə maneələr yaradırlar.

Trend-in “Le Figaro”ya istinadən verdiyi məlumata görə, ölkənin bir sıra bölgələrində nümayişlər davam edir. Yerli hakimiyyət orqanları nəqliyyatda gecikmələr və tıxaclar barədə əhaliyə xəbərdarlıq ediblər. Bildirilir ki, etiraz aksiyaları İsveçrə ilə sərhəd bölgəsində də nəqliyyat sıxlığına səbəb olub.

Parisdə isə təxminən 100 taksi sürücüsü Nəqliyyat Nazirliyi yaxınlığında – Raspail bulvarında toplanaraq nəqliyyatın hərəkətini dayandırıb.

Etirazlara səbəb hökumətin tibbi nəqliyyat xərclərini azaltmaq planlarıdır. Yeni təşəbbüs çərçivəsində ölkə üzrə tibbi daşımalar üçün vahid tarif sisteminin tətbiqi nəzərdə tutulur. Taksi sürücüləri bu addımın onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narahatdır və tariflərin ucuzlaşacağını bildirirlər.

Xəbər lenti

Xəbər lenti