...

İsDB Qrupu yeni inkişaf strategiyasının hazırlandığını elan edib

Dünya xəbərləri Materials 21 May 2025 00:00 (UTC +04:00)
İsDB Qrupu yeni inkişaf strategiyasının hazırlandığını elan edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankı Qrupu (İİB) insan kapitalının inkişafı sahəsində aparıcı tərəfdaş olmaq məqsədilə 2026-2035-ci illəri əhatə edən strateji çərçivə hazırlayır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının sədri Mohamed Al Jasser Əlcəzairdə keçirilən İllik Toplantıların rəsmi açılış mərasimində danışıb.

O bildirib ki, 2024-cü ildə təsdiq edilmiş ümumi maliyyələşmə əvvəlki illə müqayisədə 12%-dən çox artaraq 13 milyard dolları ötüb. Faktiki xərclənmiş vəsait 9 milyard dollardan çox olub ki, bu da təsdiq edilmiş məbləğin təxminən 70%-ni təşkil edir və İİB-in öhdəliklərini real nəticələrə çevirmək istəyini göstərir.

Əl Jasser qeyd edib ki, iqtisadi artım və regional inteqrasiyanın dəstəklənməsi məqsədilə nəqliyyat sektoruna 1,5 milyard dollar ayrılıb. Həmçinin ərzaq təhlükəsizliyinə diqqət artırılaraq, kənd təsərrüfatı sektoruna təxminən 2 milyard dollar yönəldilib. Enerji sektoruna isə 918 milyon dollar maliyyə ayrılıb, bu da davamlı və inteqrasiya olunmuş enerji sistemlərinin yaradılmasına xidmət edir.

İİB-in digər strukturlarının fəaliyyətindən söz açan sədrlərdən biri bildirib ki, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası üzv ölkələrdə özəl biznesin inkişafını dəstəkləmək üçün 663 milyon dollar vəsait təsdiqləyib. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası isə 7 milyard dolları ötən maliyyələşdirməyə imza atıb. İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası tərəfindən sığortalanmış əməliyyatların həcmi təxminən 13 milyard dollardır.

Əl Jasser bankın ötən ilin aprelində Ər-Riyadda keçirilən Qızıl Yubiley mərasimindən sonra İİB Qrupunun altıncı onillikdə strateji planlaşdırma mərhələsinə başladığını bildirib. Bank, ən az inkişaf etmiş ölkələr üçün xüsusi güzəştli maliyyələşdirmə mexanizminin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti