Bakı. Trend:
Almaniyanın cənub-qərbində yerləşən Horb-am-Nekkar şəhərində tikinti meydançasında baş verən lift qəzası nəticəsində üç fəhlə həyatını itirib.
Trend-in “Stern” jurnalına istinadən verdiyi məlumata görə, hadisə Baden-Vürtemberq federal torpağında inşa edilən ən iri tikinti sahələrindən birində qeydə alınıb.
Məlumata əsasən, fəhlələrin olduğu lift körpü tikintisi zamanı quraşdırılmış krana birləşdirilməli idi. Lakin liftin krandan ayrılması nəticəsində o, yerə çırpılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.