...

Xokkey üzrə dünya çempionatında qrup mərhələsi başa çatıb

İdman Materials 21 May 2025 04:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xokkey üzrə dünya çempionatının 1/4 finalçılarının adı məlum olub.

Trend xəbər verir ki, A qrupunda Kanada, B qrupunda isə İsveçrə liderliyi ələ alıb. Avstriya və Danimarka kimi komandalar isə sürpriz edərək pley-offa yüksəlməyi bacarıblar.

Son çempion Çexiya 1/4 finalda İsveçlə qarşılaşacaq. 1/4 final mərhələsinin bütün oyunları mayın 22-də keçiriləcək.

1/4 final
22 may
Kanada - Danimarka
İsveç - Çexiya
ABŞ - Finlandiya
İsveçrə - Avstriya

Xəbər lenti

Xəbər lenti