...

Özbəkistan Azərbaycan vətəndaşlarının ölkəyə tək şəxsiyyət vəsiqəsilə səyahət etməsinə icazə verməyi planlaşdırır

Siyasət Materials 21 May 2025 09:40 (UTC +04:00)
Özbəkistan Azərbaycan vətəndaşlarının ölkəyə tək şəxsiyyət vəsiqəsilə səyahət etməsinə icazə verməyi planlaşdırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Azərbaycan vətəndaşlarına ölkə ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil olmaq imkanı yaratmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanında qeyd olunub.

Analoji qaydaların Rusiya və Qazaxıstan vətəndaşları üçün də tətbiqi nəzərdə tutulur. Özbəkistana giriş şəxsiyyət vəsiqəsi və ya daxili sənədlə, o cümlədən 16 yaşadək uşaqlar üçün nəzərdə tutulan “kinder-pasport”la mümkün olacaq.

Özbəkistan Xarici İşlər Nazirliyinə üç ay müddətində aidiyyəti ölkələrlə danışıqlara başlamaq və nəticələrinə əsasən təkliflər hazırlamaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti