...

Kişilər arasında özünü öldürmə hadisələrinin sayı artıb, qadınlarda azalıb - Statistika

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun məlumatına əsasən, 2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.

2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət alıb, 296-sı ölüb.

2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə - 1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1196-sı (2023-cü ildə 1173) xəsarət alıb.

2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub.

2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.

2024-cü il ərzində rayon (şəhər) prokurorluqlarında 639 özünü öldürmə hadisəsi qeydə alınıb, onlardan 498-i kişi, 141-i qadın olub. O cümlədən qeyd olunan şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayan şəxslər olub.

Qeyd olunub ki, əvvəlki illərlə müqayisədə kişilər və yetkinlik yaşına çatmayanlar arasında özünü öldürmə hadisələrinin sayı artıb, qadınlar arasında azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti